Alişir Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti kimi fəaliyyətini könüllü olaraq dayandırıb.
İdman.biz xəbər verir ki, bunu özbək əsilli rusiyalı iş adamının nümayəndəsi açıqlayıb.
Məlumatda bildirilir ki, Usmanov ona qarşı tətbiq edilən sanksiyaların rəhbərlik etdiyi quruma təsir etməməsi üçün bu addımı atıb.
Qeyd edək ki, Usmanov 2008-ci ildən FIE-yə rəhbərlik edir. O, 2022-ci ildə Avropa ittifaqının sanksiyaları səbəbindən təşkilatın rəhbəri vəzifəsinin icrasını dayandırıb. Bu il noyabrın 30-da Usmanov yenidən FIE-nin prezidenti seçilib.
İdman.biz