Çingiz Mustafayev: “Göstərdik ki, yığmamız güclüdür”

Xəbərlər
20 Noyabr 2025 22:26
64
Çingiz Mustafayev: “Göstərdik ki, yığmamız güclüdür”

“Biz belə bir nəticə gözləyirdik”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycanın qılıncoynatma millisinin baş məşqçisi Çingiz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan sablyaçıları finalda Özbəkistanı 45:43 hesabı ilə məğlub edərək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.

Mütəxəssis sablya növündə ən yüksək nəticəni göstərən qadınlardan ibarət komandanın uğurundan danışıb:

“Çətin əldə olunan nailiyyət idi. Hakimlərin bizə qarşı olan qərarlarını müzakirə etmək istəməzdim. Lakin bütün bunlara baxmayaraq komandamız “sınmadı”. Göstərdik ki, yığmamız güclüdür, qızıl medal qazanmağa potensialımız var”.

İdman.Biz