Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped idmanının şose növü üzrə ölkə çempionatı keçiriləcək.
İdman.Biz bildirir ki, 27-30 iyun tarixlərində baş tutacaq yarışın fərdi ötüşmə növü Bakıda, qrup ötüşməsi isə Xızıda təşkil olunacaq.
İyunun 27-28-də Xəzər rayonu ərazisində (Dreamland-Türkan yolu, start saat 09:00) müxtəlif yaş qrupları üzrə fərdi ötüşmə yarışları olacaq. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşəbbüsü ilə ilk dəfə olaraq 35-49 və 50+ yaş kateqoriyalarında həvəskar idmançılar üçün 15 km məsafəyə fərdi ötüşmə yarışı da keçiriləcək. Bu kateqoriyada yarışacaq həvəskarların yarışı iyunun 28-də keçiriləcək.
İyunun 29-30-da isə Xızı rayonunda qrup ötüşmələri təşkil olunacaq. Ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və milli federasiyaların reytinq cədvəlində əksini tapacaq.
