Şəhriyar Məmmədyarovun dünya reytinqində MÖVQEYİ

Xəbərlər
23 Sentyabr 2025 16:40
40
Şəhriyar Məmmədyarovun dünya reytinqində MÖVQEYİ

Samarkandda (Özbəkistan) keçirilən "Grand Swiss" turnirindəki çıxış Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarova dünya reytinqində 2 pillə irəliləməyə imkan verib.

İdman.biz-in məlumatına görə, Məmmədyarov 0,8 xal toplayaraq 16-cı yerdən 14-cü pilləyə yüksəlib.

Hazırda onun aktivində 2741,8 xal var. Ayın sonuna qədər klassik vaxt nəzarəti ilə keçirilən heç bir turnirdə iştirak etməyəcəyi üçün oktyabrın 1-də dərc olunacaq yeni FIDE reytinqində də mövqeyini qoruyacağı gözlənilir.

Hazırkı dünya reytinqinin ilk onluğu belədir:

1. Maqnus Karlsen (Norveç, 2839)
2. Hikaru Nakamura (ABŞ, 2807)
3. Fabiano Karuana (ABŞ, 2789)
4. Rameşbabu Praqnananda (Hindistan, 2785)
5. Arcun Erigaisi (Hindistan, 2771)
6. Qukeş Dommaracu (Hindistan, 2767)
7. Uesli So (ABŞ, 2756)
8. Əlirza Firuzca (Fransa, 2754)
9. Vey İ (Çin, 2753)
10. Vinsent Kaymer (Almaniya, 2751)

Xatırladaq ki, Samarkanddakı Grand Swiss yarışında Məmmədyarov 13-cü yeri tutaraq 7 xal toplamışdı. Onu qarşıda oktyabrda Batumidə (Gürcüstan) keçiriləcək Avropa komanda çempionatı və Hindistanın Goa şəhərində təşkil olunacaq Dünya Kuboku gözləyir.

Teymur Tuşiyev
İdman.biz