Mahir Məmmədov: “Bu il Azərbaycan şahmatı üçün maraqlı keçdi”

Xəbərlər
22 Dekabr 2025 12:04
57
Mahir Məmmədov: “Bu il Azərbaycan şahmatı üçün maraqlı keçdi”

“Bu il bizim üçün yaxşı keçdi”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilin yekunları ilə bağlı danışarkən deyib.

O, 2025-ci ilin ölkə şahmatı üçün maraqlı alındığını vurğulayıb:

“İl Azərbaycan çempionatı ilə başladı. Ölkə çempionatında iştirak şahmat təqvimimizdə əsas yer tutur. Bizim şahmatçıların əsas problemi praktikalarının az olmasıdır. Buna görə də “Chess Tour” təşkil etdik. “Baku Open”, “Çempionların savaşı” kimi yarışlar keçirildi. Azərbaycanın kişilərdən ibarət millisi Avropa çempionatında ikinci yeri tutdu. İspaniyada baş tutan dünya çempionatında isə qadın komandamız gümüş medal qazandı. Bu, möhtəşəm uğur idi”.

İdman.Biz