Azərbaycanda şahmatın inkişaf etdirilməsi məqsədilə üç qurum arasında müqavilə imzalanıb - VİDEO

Xəbərlər
22 Dekabr 2025 12:34
68
Azərbaycanda şahmatın inkişaf etdirilməsi məqsədilə üç qurum arasında müqavilə imzalanıb - VİDEO

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Gənclər və İdman Nazirliyi, Respublika Şahmat Mərkəzi (Məktəbi) arasında müqavilə imzalanıb.

İdman.Biz xəbər verir ki tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Respublika Şahmat Mərkəzinin (Məktəbi) direktoru Elşən Məmmədov iştirak ediblər.

Anlaşmaya əsasən, qurumlar şahmatın inkişafı üçün birgə çalışacaqlar.

Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) arasında Əməkdaşlıq Memorandumu da imzalanıb. Mərasimdə AŞF prezidenti Mahir Məmmədov və MÜTDA-nın direktoru Eşqi Bağırov iştirak ediblər.

İdman.Biz