Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Grandmasters Chess” beynəlxalq şahmat turniri başa çatıb.
İdman.Biz xəbər verir ki, yarışın qalibi Azərbaycan təmsilçisi Fərid Mustafayev olub.
Həlledici, son turda Fərid Mustafayev həmvətəni Əli Nağıyev üzərində qələbə qazanaraq turniri zirvədə tamamlayıb.
Səkkiz xal toplayan şahmatçımız Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan olan rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
