Beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurlu çıxış edən Azərbaycan şahmatçıları mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, təltifetmə Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr edilən tədbirində reallaşıb.
Şahmatçılara mükafatları Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.
Bundan əlavə, ölkədə şahmatın inkişafına töhfə verən şəxslər də təltif olunublar.
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında, qadınlardan ibarət yığma isə dünya çempionatında gümüş medal qazanıb.
