“Ardıcıl üçüncü dəfə ölkəmizə medalla qayıtmağımız çox sevindiricidir”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Gülnar Məmmədova deyib.
O, Montenoqrada komandalararası Avropa çempionatında gümüş medal qazanan millinin qarşılanma mərasimində bildirib ki, oyunlarından razı qalıb. Məmmədovanın sözlərinə görə, növbəti dəfə məqsədləri çempionluqdur: “Komanda olaraq növbəti hədəfimiz mütləq şəkildə qızıl medal qazanmaqdır. Bizi dəstəkləyən hər kəsə təşəkkürlərimi bildirirəm. Ümumilikdə, komandamızın çıxışından razı qaldım”.
Qeyd edək ki, şahmat üzrə Azərbaycan komandası Avropa çempionatında ilk dəfə ikinci pilləni tutub.
Banuçiçək Hüseynli
İdman.biz