Məhəmməd Muradlı və Aydın Süleymanlı "Baku Open"də liderləri izləyirlər

Xəbərlər
4 May 2025 23:46
116
Məhəmməd Muradlı və Aydın Süleymanlı "Baku Open"də liderləri izləyirlər

Azərbaycanlı qrossmeysterlər Məhəmməd Muradlı və Aydın Süleymanlı “Baku Open” şahmat festivalında liderləri izləməkdə davam edirlər.

İdman.biz xəbər verir ki, yarışın VII turunda Muradlı və Süleymanlı müvafiq olaraq Roman Şoqciyev (FIDE) və Anis Mohammedə (Hindistan) qalib gəliblər.

Nəticədə Məhəmməd və Aydın hərəyə beş xal toplayaraq 3-cü və 4-cü yerləri tuturlar. Qeyd edək ki, Süleymanlı bir çox oyunlarda heç-heçə edərək turnirə o qədər də yaxşı başlamasa da, indi ardıcıl qələbələr qazanmaqla vəziyyəti düzəldib. Muradlı da ardıcıl iki məğlubiyyətdən sonra qələbələri sıralayır.

Səkkizinci turda iki şahmatçımız şəxsi görüşdə qüvvələrini sınayacaqlar.

Azərbaycan təmsilçilərindən Nicat Abasov (13-cü yer), Əhməd Əhmədzadə (15-ci), Misrətdin İskəndərov (8-ci), Read Səmədov (12-ci), Xəzər Babazadə (5-ci), Murad İbrahimli (6-cı) və Xaqan Əhmədov (17-ci) hərəyə 4,5 xal toplayıblar.

Qeyd edək ki, Aleksandar İnçiç (Serbiya) altı xal toplayaraq festivalın əsas turnirində hələ də liderliyini qoruyur. Baadur Cobava (Gürcüstan) ondan yarım xal geri qalır.

İdman.biz