Azərbaycan şahmatçısı dünya çempionatında ikinci yerə yüksəlib

Xəbərlər
23 Oktyabr 2023 10:56
224
Azərbaycan şahmatçısı dünya çempionatında ikinci yerə yüksəlib

Azərbaycan şahmatçısı Xaqan Əhməd Şarm əl-Şeyxdə (Misir) keçirilən 8-12 yaşlı uşaqlar arasında dünya çempionatında ikinci yerə yüksəlib.

İdman.biz xəbər verir ki, U-12-də mübarizə aparan idmançı VII turda kanadalı Aaron Mendezə (Kanada) qalib gələrək onu bu pillədən kənarlaşdırıb.

Şahmatçımız 6 xal toplayıb və lider Duy Daodan (Çin) bir qələbə geri qalır.

Nikolay Vasilkovu məğlub edən Paşam Əlizadə isə üçüncü yerdədir. Onun 5,5 xalı var.

Zəki Feyzullayev

İdman.biz