Azərbaycan şahmatçıları Şarm Əl-Şeyxdə liderləri izləyirlər

Xəbərlər
20 Oktyabr 2023 10:35
133
Azərbaycan şahmatçıları Şarm Əl-Şeyxdə liderləri izləyirlər

Şarm Əl-Şeyxdə (Misir) 8-12 yaşlı uşaqlar arasında şahmat üzrə dünya çempionatında IV turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları arasında ən yaxşı nəticə hərəyə 3,5 xal toplayan Əsnad Baxşızadə (U-10) və Əsnəd Vəliyevaya (U-12) məxsusdur.

IV turda hər iki şahmatçı Monqolustandan olan rəqiblərlə qarşılaşıb. Vəliyeva Batpelden Buyanxışışı, Baxşızadə isə Otqonbayar Enxjinlə heç-heçə qalıb. Şahmatçılarımız liderlərdən yarım xal geri qalırlar.

12 yaşadək oğlanlar arasında Paşam Əlizadə də 3,5 eyni xala malikdir. O, ispaniyalı Pau Marinlə sülh bağlayıb.

Zəki Feyzullayev

İdman.biz