Dohada təşkil olunan “Qətər Masters”də az sonra VI turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları turu bir qələbə, bir məğlubiyyət və üç heç-heçə başa vurublar.
Yığmanın heyətində yeganə qələbəni Read Səmədov qazanıb. Vüqar Rəsulovun xalsız qaldığı turda digər şahmatçılarımız aktivlərinə 0,5 xal yazdırıblar.
VI tur
Əhməd Əhmədzadə - Sethuraman S.P (Hindistan) – 0,5:0,5
Read Səmədov – Arhan Çenhan Anand (Hindistan) – 1:0
Vüqar Rəsulov – Zou Çen (Çin) – 0:1
Xanım Balacayeva – Enktun Altan-Ulzi (Monqolustan) – 0,5:0,5
Gülnar Məmmədova – Rohid Krişna (Hindistan) – 0,5:0,5
Turnir cədvəli: 1. Javohir Sindarov (Özbəkistan) 2. Nodirbek Yakubboev (Özbəkistan), 3. Narayanan S.L (Hindistan) – hər üçü 5 xal, 15. Əhməd Əhmədzadə – 4, 58. Read Səmədov – 3.5, 104. Vüqar Rəsulov – 2.5, 134. Xanım Balacayeva – 2, 152. Gülnar Məmmədova – 1,5.
Emin Ağa
İdman.biz