Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat yığmaları bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarına çıxacaqlar.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət komandamız ikinci turda Filippin yığması ilə qarşılaşacaq.
Qadınlardan ibarət millimiz isə Danimarka seçməsi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan təmsilçiləri turnirin birinci turunda qələbə qazanıblar. Kişilər Mərakeş, qadınlar isə Qvatemala yığmasını 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Sentyabrın 27-dək davam edəcək yarışda 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparır.
