Azərbaycanlı şahmatçı dünya çempionu olub

Xəbərlər
12 Oktyabr 2023 21:21
253
Azərbaycanlı şahmatçı dünya çempionu olub

Azərbaycanlı şahmatçı Gövhər Beydullayeva dünya çempionu tituluna yiyələnib.

İdman.biz saytı xəbər verir ki, o, İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid növündə bu uğura nail olub.

Təmsilçimiz dünya çempionatında tarixi qələbəyə imza atıb. Gövhər 11 oyundan 9 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı 6,5 xalla turniri 13-cü pillədə başa vurub.

İdman.biz