Azərbaycan millilərinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında yeddinci turdakı rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması bu turda Yunanıstanla qarşılaşacaq.
Qadınlardan ibarət komandamız isə Ermənistan şahmatçıları ilə üz-üzə gələcək.
Yeddinci turun görüşləri sentyabrın 23-də keçiriləcək.
Altı turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 10 xalla 12-ci, qadınlardan ibarət yığma isə 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
