Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında ikiqat dünya çempionu İlahə Qədimova Özbəkistanda təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında seans keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, qurum rəsmisi eyni vaxtda bir neçə lövhədə şahmat oynayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
