Azərbaycan şahmatçıları Karlsenlə eyni turnirdə iştirak edirlər

Xəbərlər
10 Oktyabr 2023 14:37
233
Azərbaycan şahmatçıları Karlsenlə eyni turnirdə iştirak edirlər

Sabah Dohada “Qatar Open” turnirinə start veriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan şahmatçılarından Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva iştirak edəcəklər.

Turnirin reytinq favoriti dünyanın ən yaxşı şahmatçısı Maqnus Karlsendir (Norveç). Siyahıda ilk “üçlüy”ə Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) da daxildir.

160 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Zəki Feyzullayev

İdman.biz