“Vüqar Həşimov” Çexiya klubuna məğlub olub

Xəbərlər
6 Oktyabr 2023 23:08
173
“Vüqar Həşimov” Çexiya klubuna məğlub olub

Albaniyanın Durras şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda VI turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, “Vüqar Həşimov” tur çərçivəsində Çexiya “Novi Bor” ilə üz-üzə gəlib.

Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Vüqar Həşimov”un heyətində Əhməd Əhmədzadə ilə Read Səmədov heç-heçə oynadığı halda, Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli və Ülvi Sadıxovun uduzublar.

Qeyd edək ki, hesabında 4 qələbə olan Azərbaycan komandası 8 xalla turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.

İdman.biz