Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Ülkər Umudova Səmərqənddə keçirilən FIDE Konqresi çərçivəsində mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, qadınların şahmatdakı rolunun inkişafına həsr olunan konqresdə təşkil edilən “Beyond the Board: Women, Innovation and the Business of Chess” toplantısında Ülkər Umudovaya xüsusi mükafat təqdim olunub.
Mükafat azərbaycanlı hakimə qadın şahmatının inkişafına verdiyi töhfələrə görə verilib.
