Olimpiadada şahmat təşkilatlarının rəhbərləri də lövhə arxasına keçiblər – İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

26 Sentyabr 2026 14:05
94
Olimpiadada şahmat təşkilatlarının rəhbərləri də lövhə arxasına keçiblər – İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

Özbəkistanda 46-cı Ümumdünya Şahmat Olimpiadası yarışları davam edir.

İdman.Biz xəbər verir ki, açıq bölmədə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi, Ərəb Şahmat Federasiyasının prezidenti və Şarja İdman Şurasının sədri Şeyx Xalid bin Humaid əl-Qasimi Ermənistanla görüşdə ilk lövhədə ağ fiqurlarla çıxış edib. Onun Şarja İdman Şurasının sədri olduğu rəsmi mənbələrdə də təsdiqlənir.

Digər BƏƏ təmsilçisi Hüseyn Abdullah əl-Xuri isə Özbəkistanla qarşılaşmada ilk lövhədə qara fiqurlarla mübarizə aparıb. O, Əbu-Dabi Şahmat və Zehni Oyunlar Klubunun İdarə Heyətinin sədridir. Əbu-Dabinin 2028-ci ildə 47-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməsi ilə bağlı prosesdə də əl-Xurinin təşkilatçı tərəf kimi iştirakı olub.

Özbəkistanın qadınlardan ibarət komandasının ilk lövhəsində isə “Afruza” Şahmat Klubunun direktoru Əkbər Xakimov yer alıb.

Qeyd edək ki, 46-cı Ümumdünya Şahmat Olimpiadası Səmərqənddə keçirilir. Yarışda açıq və qadınlar bölməsində dünyanın müxtəlif ölkələrindən komandalar mübarizə aparırlar.

Araz Xəlilli

İdman.Biz