“Vüqar Həşimov” üçüncü turda Rumıniya klubu ilə oynayacaq

Xəbərlər
3 Oktyabr 2023 09:34
130
“Vüqar Həşimov” üçüncü turda Rumıniya klubu ilə oynayacaq

Albaniyanın Durras şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda “Vüqar Həşimov”un üçüncü turda rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, ardıcıl 2 qələbə qazanan Azərbaycan təmsilçisi üçüncü sınağında Rumıniyanın “Superchess” klubu ilə qarşılaşacaq.

Matç bu gün keçiriləcək. “Vüqar Həşimov” bu görüşədək Böyük Britaniya “Seltik Taygers”inə və Şimali Makedoniya “Qambit Asseko”suna 5,5:0,5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Avropa Kubokunda kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən qalib 7 tura əsasən bəlli olacaq.

İdman.biz