Azərbaycan şahmatçısı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib

Xəbərlər
16 Avqust 2023 20:01
133
Azərbaycan şahmatçısı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

İdman.biz-in məlumatına görə, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

İdman.biz