Azərbaycan şahmatçıları Avropa çempionatında

Xəbərlər
17 Avqust 2024 16:00
921
Azərbaycan şahmatçıları Avropa çempionatında

Bu gün Praqada uşaq və yeniyetmə şahmatçılar arasında rapid və blits üzrə Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 8-dən 18 yaşa qədər olan kateqoriyalarda mükafatçılar bəlli olacaq.

Azərbaycanı yarışda üç şahmatçı təmsil edəcək. Medallar uğrunda Camal Məmmədov, Attila Orman (hər ikisi U-10) və Həsən Orucov (U-16) mübarizə aparacaq.

Qeyd edək ki, çempionatda 39 ölkədən şahmatçılar iştirak edəcək.

İdman.biz