Azərbaycan şahmatçısı Dortmund festivalında

Xəbərlər
9 Avqust 2024 17:57
492
Azərbaycan şahmatçısı Dortmund festivalında

Almaniyanın Dortmund şəhərində “Sparkassen Chess Trophy” adlı beynəlxalq şahmat festivalı keçiriləcək.

İdman.biz xəbər verir ki, sabah start götürəcək yarışda Azərbaycan şahmatçısı Riad Səmədov da iştirak edəcək.

O, reytinqinə görə iştirakçılar arasında doqquzuncudur. Bu siyahıya isə Anton Korobov (Ukrayna) başçılıq edir.

Qeyd edək ki, turnirə ümumilikdə 199 oyunçu, o cümlədən 26 qrossmeyster qatılacaq.

İdman.biz

Məqalədə: