Məmmədyarovla Rəcəbov geriləyib, Balacayevadan sıçrayış

Xəbərlər
1 İyul 2024 08:43
483
Məmmədyarovla Rəcəbov geriləyib, Balacayevadan sıçrayış

FİDE şahmatçıların iyul reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrossmeyster 3 pillə geriləyib. Aktivində 2726 xal olan Məmmədyarov 19-cu pillədə qərarlaşıb. Teymur Rəcəbov 4 pillə geriləyib. O, 2700 xalla 34-cüdür.

Digər qrossmeysterimiz Rauf Məmmədov (2652) 6 addım irəliləyib. Milli üzvü 76-cı yerdədir.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 4 pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.

Üç addım geriləyən Gövhər Beydullayeva (2412) 42-cidir. 16 pillə irəliləyən Xanım Balacayeva 2407 xalla 47-cidir. Ülviyyə Fətəliyeva (2399) 2 pillə geriləməklə 51-ci sıradadır. Gülnar Məmmədova isə “Top-100”ü tərk edib.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2566), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.

İdman.biz