Azərbaycanlı qrossmeyster heç-heçələri sıralayır

Xəbərlər
13 İyun 2024 18:41
127
Azərbaycanlı qrossmeyster heç-heçələri sıralayır

Daşkənddə şahmat üzrə Masters turniri davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 8-ci turu yarım xalla başa vurub.

Həmyerlimiz çinli Yu Yanqyi ilə heç-heçə oynayıb. 8 turdan sonra 3,5 xal toplayan Məmmədyarov 7-8-ci yerləri bölüşür.
Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 5 xal toplayıb.

Sabah keçiriləcək son turda Şəhriyar macar Rixard Rapportla qarşılaşacaq.

8-ci tur
Yu Yanqyi (Çin) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) – Nodirbek Abdusattarov (Özbəkistan) – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Aleksey Sarana (Serbiya) – Javoxir Sindarov (Özbəkistan) – 1:0
Rixard Rapport (Macarıstan) – Parham Maqsudlu (İran) – 0,5:0,5

İdman.biz