Nicat Abasov heç-heçə edib

Xəbərlər
10 Avqust 2023 19:42
86
Nicat Abasov heç-heçə edib

Azərbaycanlı şahmatçı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dördüncü raundunun ikinci mərhələsini heç-heçə ilə başa vurub.

İdman.biz xəbər verir ki, avqustun 10-da Bakıda şahmat üzrə Dünya Kubokunun dördüncü raundu (kişilər arasında 1/16 final, qadınlar arasında isə 1/8 final) davam edir.

Dördüncü raundda Nicat Abasovun rəqibi Peter Svidlerdir (FİDE).

Ötən gün Nicat Abasov birinci klassik partiyanı heç-heçə ilə başa vurub, ikinci partiya da qalibi müəyyən etmədiyindən, sabah azərbaycanlı şahmatçı və rəqibi Peter Svidler (FİDE) tay-brekdə görüşməli olacaqlar.

Azərbaycanlı şahmatçı dördüncü raundun birinci klassik partiyasını qara fiqurlarla, ikinci partiyanı isə ağ fiqurlarla oynayıb.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakıda keçirilir.

İdman.biz