Şəhriyar Məmmədyarov Kanadada yenə birinci olub

Xəbərlər
17 Aprel 2024 09:33
Şəhriyar Məmmədyarov Kanadada yenə birinci olub

Kanadada şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edib.

O, blitsdə olduğu kimi rapid turnirində də qalib adını qazanıb.

Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.

İdman.biz