Nicatdan üçüncü sülh

Xəbərlər
8 Aprel 2024 08:59
182
Nicatdan üçüncü sülh

Şahmat üzrə İddiaçılar Turnirində IV turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Alireza Firuzya ilə qarşılaşıb.

Təmsilçimiz ağ fiqurlarla oynayıb. Rəqiblər 64-cü gedişdə heç-heçəyə razılaşıblar. Bununla da üçüncü sülhünə imza atan Nicat xal hesabını 1,5-ə çatdırıb.

İddiaçılar Turniri
IV tur, 7 aprel

Nicat Abasov – Alireza Firuzya – 0,5:0,5
Hikaru Nakamura - Rameşbabu Praqnanandja – 0,5:0,5
Yan Nepomnyaşi - Vidit Santoş Qujrati – 1:0
Fabiano Karuana - Dommaradju Qukeş – 0,5:0,5

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) - 3, 2. Dommaradju Qukeş (Hindistan) – 2,5, 3. Fabiano Karuana (ABŞ) – 2,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 2, 5-7. Alireza Firuzya (Fransa) – 1, Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 1, 8. Vidit Santoş Qujrati (Hindistan) – 1,5.

Qeyd edək ki, IV turdan sonra yarışda bir gün fasilə olacaq. V tur aprelin 9-da keçiriləcək.

İdman.biz