Nicat Abasov Hikaru Nakamura ilə xalları yarıya bölüb

Xəbərlər
7 Aprel 2024 03:54
411
Nicat Abasov Hikaru Nakamura ilə xalları yarıya bölüb

Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Təmsilçimiz ağ fiqurlarla oynayıb. Tərəflər 29-cu gedişdə sülhə razı olublar.

İddiaçılar turniri
III tur, 6 aprel

Nicat Abasov – Hikaru Nakamura - 0,5:0,5
Alireza Firuzya – Fabiano Karuana - 0,5:0,5
Dommaradju Qukeş – Yan Nepomnyaşi - 0,5:0,5
Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja - 0:1

Xal durumu: 1-3. Dommaradju Qukeş (Hindistan), Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 2, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 1,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 6. Alireza Firuzya (Fransa) – 1, 7-8. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 1.

Qeyd edək ki, Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq. Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.

İdman.biz

Məqalədə: