Şahmatçılarımız Gürcüstana qalib gəlib

Xəbərlər
1 Mart 2024 11:15
343
Şahmatçılarımız Gürcüstana qalib gəlib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

İdman.biz xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 3-cü turda ağ fiqurlarla mübarizə aparıb.

3-cü turda dörd partiya bərabərliklə yekunlaşıb. Millimizin üzvü Ülviyyə Fətəliyeva görüşü qələbəylə başa vurub – 3:2.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

İdman.biz

Məqalədə: