Azərbaycan Gürcüstan millisi ilə yoldaşlıq görüşü keçirəcək

Xəbərlər
26 Fevral 2024 12:49
129
Azərbaycan Gürcüstan millisi ilə yoldaşlıq görüşü keçirəcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

İdman.biz xəbər verir ki, səfərdə məqsəd dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdir.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində yoldaşlıq matçında iştirak edəcək. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

İdman.biz

Məqalədə: