Nicat Abasov yeniyetmələrlə görüşüb - FOTO

Xəbərlər
31 Avqust 2023 15:37
162
Nicat Abasov yeniyetmələrlə görüşüb - FOTO

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala qədər irəliləyən və turniri dördüncü yerdə başa vuran Nicat Abasov Rumıniyada Avropa çempionatında iştirak edəcək yeniyetmələrlə görüşüb.

İdman.biz xəbər verir ki, təcrübəsini yeniyetmələrlə bölüşən beynəlxalq qrossmeyster mötəbər yarışlara hazırlıq prosesindən danışıb.

Şahmatçıların suallarına cavab verən Nicat Abasov yeniyetmələrə qitə çempionatında uğurlar arzu edib.

İdman.biz