AŞF gənc şahmatçıların inkişaf modelini açıqladı - FOTO

4 May 2026 10:58
149
AŞF gənc şahmatçıların inkişaf modelini açıqladı - FOTO

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləriylə görüş keçirib.

İdman.Biz xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov federasiya tərəfindən təqdim olunan şahmatçılara dəstək proqramı barədə məlumat verib.

AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.

Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.

Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.

Qeyd edək ki, görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.

İdman.Biz