Gəncə İdman Sarayında 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsi keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir. Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa çempionatına, ikinci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.
Qeyd edək ki, yarışa martın 30-da yekun vurulacaq.
