Şahmat üzrə Azərbaycan çempionatının finalının ilk görüşləri oynanılıb - YENİLƏNİB

20 Fevral 2026 21:14
193
Şahmat üzrə Azərbaycan çempionatının finalının ilk görüşləri oynanılıb

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

Kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah baş tutacaq.

12:09

Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.

Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.

Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.

Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək.

Ölkə çempionatının bağlanış mərasimi fevralın 22-də təşkil olunacaq.

İdman.Biz