Şahmatçımız Fransaya reytinq favorit kimi yollanıb

Xəbərlər
25 Dekabr 2023 11:22
120
Şahmatçımız Fransaya reytinq favorit kimi yollanıb

Sabah Fransanın Bethune şəhərində şahmat üzrə açıq turniri start götürəcək.

İdman.biz xəbər verir ki, beynəlxalq yarışa qatılan Azərbaycan şahmatçısı Namiq Quliyev reytinq favoriti olmaqla, qeydiyyatdan keçən oyunçuların siyahısında liderdir.

Turnirdə Hindistan, Belçika, Niderland və digər ölkələrdən 54 şahmatçı iştirak edəcək.

Qalib adına potensial iddiaçıların ilk “üçlüy”ündə Vyaçeslav İkonnikov (FİDE) və Jan-Mark Deqrayevin (Fransa) də adları var.

İdman.biz

Məqalədə: