Fərid Qayıbov: "Şahmat üçün il zəngin və məhsuldar alınıb"

Xəbərlər
18 Dekabr 2023 12:01
164
Fərid Qayıbov: "Şahmat üçün il zəngin və məhsuldar alınıb"

“Şahmat üçün il zəngin və məhsuldar alınıb”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının 2023-cü ilin yekunlarına həsr edilmiş tədbirində deyib.

O bildirib ki, Bakıda baş tutan Dünya Kuboku çox möhtəşəm keçirilib: “Qadın şahmatçılardan ibarət yığmamız bizi bu il sevindirdilər. Bunlar arzuolunan nəticələrdir. Biz daima Şahmat Federasiyası ilə birgə çalışmışıq. Bunun nəticəsində də belə nəticələr qeydə alınır. Azərbaycan şahmatçısı Məhəmməd Muradlı öz nəticəsi ilə də bizi xüsusi ilə sevindirdi. Təbii ki, dövlətin dəstəyi çox önəmlidir. Cənab Prezident İlham Əliyevin idmana və şahmata göstərdiyi diqqət və qayğı hər mənada hiss olunur. Ölkə rəhbəri hər zaman ilin sonuna yaxın idmançılarla görüşür. İdmançılarımıza yeni ildə də uğurlar arzulayıram və onlar daha yaxşı nəticələr əldə etmək üçün çox çalışmalıdırlar”.

Banuçiçək Hüseynli
İdman.biz