Şahmat üzrə Azərbaycan çempionatı başlayıb - FOTO

Xəbərlər
5 Dekabr 2025 09:34
62
Şahmat üzrə Azərbaycan çempionatı başlayıb - FOTO

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında ölkə çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova iştirakçılara uğurlar arzulayıb.

Rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə çempionatlarının hər biri “FİDE (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına” əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir. Kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin yarışında 32, qadınlarda isə 20 şahmatçı mübarizə aparır. Azərbaycan çempionatının baş hakimi Lütfiyar Rüstəmovdu.

Qeyd edək ki, rapid və blits üzrə Azərbaycan çempionatı Respublika Şahmat Mərkəzində keçirilir. Çempionatda ilk üç yeri tutacaq şahmatçılar AŞF tərəfindən dünya çempionatına ezam olunacaq.

İdman.Biz