“Vüqar Həşimov Memorialı” başlayır

Xəbərlər
8 Dekabr 2023 11:28
135
“Vüqar Həşimov Memorialı” başlayır

Bu gün Qəbələnin Heydər Əliyev Konqres Mərkəzində 9-cu “Vüqar Həşimov Memorialı” start götürür.

İdman.biz xəbər verir ki, sürətli şahmat formatında keçiriləcək yarışda 10 şahmatçı iştirak edəcək.

Santoş Vidit Qujarati, Arjun Eriqaisi (hər ikisi Hindistan), Rixard Rapport (Rumıniya), Yorden Van Forest (Niderland), Boris Qelfand (İsrail), Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov , Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının qatılacağı turnirin ilk üç günü rapid, son gündə - dekabrın 11-də isə blits üzrə oyunlar olacaq.

Açılış mərasimində turnirin püşkatma mərasimi keçiriləcək və bundan sonra start raundu üçün cütlüklər müəyyənləşəcək.

Qeyd edək ki, “Vüqar Həşimov Memorialı”nın baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər.

İdman.biz