Lennoks Lyuis Tayson-Meyvezer döyüşü barədə

Xəbərlər
14 Sentyabr 2025 00:35
40
Lennoks Lyuis Tayson-Meyvezer döyüşü barədə

Superağır çəkidə keçmiş dünya çempionu və Beynəlxalq Boks Şöhrət Zalına layiq görülmüş Lennoks Lyuis əfsanəvi amerikalılar Mayk Tayson və Floyd Meyvezer arasında boks qaydalarına uyğun sərgi döyüşünün təşkili barədə səmimi danışıb.

İdman.biz bildirir ki, Tayson-Meyvezer döyüşü 2026-cı ilə planlaşdırılıb.

"Bu, sadəcə biznesdir. Onların hər ikisi məşhurdur. Mən bu döyüşü o qədər də ciddi qəbul etmirəm. Əminəm ki, Floyd onu nokaut və ya zədələməyə cəhd edəcək biri ilə rinqə çıxmaz", - Lyuis deyib.

İdman.biz