2 boksçumuz Dünya kubokunda 1/4 finala yüksəlib - FOTO

Xəbərlər
2 İyul 2025 10:19
79
2 boksçumuz Dünya kubokunda 1/4 finala yüksəlib - FOTO

Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa Azərbaycan millisinin 2 boksçusu qələbə ilə başlayıb.

Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Donqvan Yanqı (Cənubi Koreya) məğlub edib. Boksçumuz 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) isə Byeknur Xalini (Monqolustan) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Abdullayev bu mərhələdə ilk görüşdən azad olan Taeunq Yu (Cənubi Koreya) ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma iyulun 3-də olacaq.

Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.

İdman.biz