Olimpiyaçılarımız Çanaqqalada hazırlıq keçəcək

Xəbərlər
17 İyun 2024 12:22
96
Olimpiyaçılarımız Çanaqqalada hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.

İdman.biz xəbər verir ki, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Bu gün səfərə yollanan yığmamızın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer alıblar. Çanaqqalada baş tutacaq toplanış iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

İdman.biz