Qadın boksçularımız Almatıda hazırlıq keçəcək

Xəbərlər
8 May 2024 10:20
Qadın boksçularımız Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

İdman.biz xəbər verir ki, yığma Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: