Boksçularımız “Heydər Əliyev kuboku”nda 27 medal qazanıb - FOTO

Xəbərlər
18 May 2024 18:51
138
Boksçularımız “Heydər Əliyev kuboku”nda 27 medal qazanıb - FOTO

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 5 ölkənin 116 idmançısı qüvvəsini sınayıb. 6 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 27 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Nihad Qasımov, Zakir Həsənzadə, Əli Baxışov, Şahin Aslanov, Adil Zalov və Səftər Məmmədzadə çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Ayxan Həsənov, Nihad Qasımov, Bağır Əmirxanlı, Sübhan Babayev, Vüsal Hilalov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, Əli Məmişov və Məhəmməd Cəfərov ikinci yerlə kifayətləniblər.

Digər boksçularımızdan Rüstəm Şahbazov, Əli Məmmədov, İsmayıl Rzayev, Raul Heydərli, Tamerlan Əlimzanov, Turqay Rəhimli, Raul Əsədullayev, Musa İbadov, Elgün Əhmədli, İsmayıl Valiyev və İlkin Şahmməmədov bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 6 qızıl, 10 gümüş və 11 bürünc medalla bitirib.

Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (3-2-4) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-1-6) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Əli Baxışov (Azərbaycan), ən əzmkar boksçu adına Yerdavlet Atayov (Qazaxıstan) layiq görülüb. Danara Ahmetova (Qazaxıstan) isə ən yaxşı hakim seçilib.

Finallar
46 kq

Ayxan Həsənov (Azərbaycan) – Aidos Ussenov (Qazaxıstan) – 0:5

48 kq
Nihad Qasımov (Azərbaycan) – Nihad Qasımov (Azərbaycan) – 0:5

50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) – 3:2

52 kq
Bağır Əmirxanlı (Azərbaycan) – Əli Baxışov (Azərbaycan) – 0:5

54 kq
Sübhan Babayev (Azərbaycan) – Giorgi Kilasonia (Gürcüstan) – 1:3

57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Şahin Aslanov (Azərbaycan) – 2:3

60 kq
Vüsal Hilalov (Azərbaycan) – Akaki Basaria (Gürcüstan) – 0:5

63 kq
Kənan Aslanlı (Azərbaycan) – Bibaris Aşirbay (Qazaxıstan) – 2:3

66 kq
Adil Zalov (Azərbaycan) – Valeh Eyvazlı (Azərbaycan) – 3:0

70 kq
Rza Rzayev (Azərbaycan) – Maksim Ribak (Belarus) – ikinci tam üstünlüklə qalib gəlib

75 kq
Zaxar Şaranoviç (Belarus) – Davit Mxetzadze (Gürcüstan) – 3:2

80 kq
Əli Məmişov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) – 0:5

+ 80 kq
Məhəmməd Cəfərov (Azərbaycan) – Səftər Məmmədzadə (Azərbaycan) – 2:3

Bütün mükafatçılar
46 kq

1. Aidos Ussenov (Qazaxıstan)
2. Ayxan Həsənov (Azərbaycan)
3. Rüstəm Şahbazov (Azərbaycan)
3. Ramiz Danieli (Gürcüstan)

48 kq
1. Nihad Qasımov (Azərbaycan)
2. Nihad Qasımov (Azərbaycan)
3. Əli Məmmədov (Azərbaycan)
3. Bexultan Xujamjar (Qazaxıstan)

50 kq
1. Zakir Həsənzadə (Azərbaycan)
2. Yerdavlet Atayov (Qazaxıstan)
3. Umar Orucbayev (Qırğızıstan)
3. İsmayıl Rzayev (Azərbaycan)

52 kq
1. Əli Baxışov (Azərbaycan)
2. Bağır Əmirxanlı (Azərbaycan)
3. Raul Heydərli (Azərbaycan)
3. Temirqxan Jolmaxan (Qazaxıstan)

54 kq
1. Giorgi Kilasonia (Gürcüstan)
2. Sübhan Babayev (Azərbaycan)
3. Umar Madiminov (Qırğızıstan)
3. Nurmuhammed Aldabergin (Qazaxıstan)

57 kq
1. Şahin Aslanov (Azərbaycan)
2. Katmanbiy Muratov (Qırğızıstan)
3. Tamerlan Əlimzanov (Azərbaycan)
3. Akjurek Kalabay (Qazaxıstan)

60 kq
1. Akaki Basaria (Gürcüstan)
2. Vüsal Hilalov (Azərbaycan)
3. Yerdavlet Şomekey (Qazaxıstan)
3. Turqay Rəhimli (Azərbaycan)

63 kq
1. Bibaris Aşirbay (Qazaxıstan)
2. Kənan Aslanlı (Azərbaycan)
3. Nika Beriya (Gürcüstan)
3. Matvey Mikulski (Belarus)

66 kq
1. Adil Zalov (Azərbaycan)
2. Valeh Eyvazlı (Azərbaycan)
3. Luka Mazanaşvili (Gürcüstan)
3. Raul Əsədullayev (Azərbaycan)

70 kq
1. Maksim Ribak (Belarus)
2. Rza Rzayev (Azərbaycan)
3. Mamuka Kakabadze (Gürcüstan)
3. Musa İbadov (Azərbaycan)

75 kq
1. Zaxar Şaranoviç (Belarus)
2. Davit Mxetzadze (Gürcüstan)
3. Elgün Əhmədli (Azərbaycan)
3. İsmayıl Valiyev (Azərbaycan)

80 kq
1. Zurab Oboladze (Gürcüstan)
2. Əli Məmişov (Azərbaycan)
3. Mikita Prudnikov (Belarus)
3. İlkin Şahmməmədov (Azərbaycan)

+80 kq
1. Səftər Məmmədzadə (Azərbaycan)
2. Məhəmməd Cəfərov (Azərbaycan)
3. Vladislav Samojonov (Qazaxıstan)
3. Daniil Koşnev (Belarus)

İdman.biz