Boksçumuz Avropa çempionu olub

Xəbərlər
14 Aprel 2024 18:23
112
Boksçumuz Avropa çempionu olub

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.

İdman.biz xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kq) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.

İdman.biz