Tayson Fyuri polşalı boksçunu məğlub edib

25 İyul 2026 01:08
84
Tayson Fyuri polşalı boksçunu məğlub edib

Ağır çəkidə keçmiş WBC, WBO, IBO, WBA Super, The Ring, IBF çempionu britaniyalı boksçu Tayson Fyuri 46 yaşlı polşalı Mariuş Vaxa qarşı döyüşdə qalib gəlib.

İdman.Biz bildirir ki, onların qarşılaşması Taylandın Pattaya şəhərində keçirilən peşəkar boks turnirində baş tutub.

Döyüş yeddinci raunddan sonra erkən başa çatıb. Məşqçiləri Vaxı rinqə buraxmamaq qərarına gəliblər və texniki nokautla qələbə Fyuriyə verilib.

Tayson Fyurinin 37 yaşı var. Fyuri peşəkar boksda debütünü 2008-ci ilin dekabrında etdi. Polşalı boksçunun 46 yaşı var. Mariuş Vax peşəkar boksda debütünü 2005-ci ilin aprelində etdi.

İdman.Biz