Boks üzrə keçmiş məğlubedilməz, mütləq dünya çempionu Aleksandr Usik vida döyüşünün nə vaxt olacağını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Usik daha əvvəl son döyüşünü ABŞ-da Deontey Uaylder və ya Tayson Fyuri ilə keçirmək istədiyini bildirmişdi.
“Bu, gələn ilin əvvəlində və ya bəlkə də bu ilin sonlarında dekabr ayında baş verə bilər”, - deyə talkSPORT Usikdən sitat gətirib.
Ukraynalı boksçunun 25 qələbəsi var, bunlardan 16-sı nokautla olub və heç bir məğlubiyyəti yoxdur. Usik peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib. O, 2012-ci il Olimpiya boks çempionudur.
