İyulun 15-də Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, dörd gün davam edəcək yarışda Azərbaycan millisi geniş heyətlə mübarizə aparacaq.
Məşqçilər korpusu qonşu ölkədə 20 boksçunu sınaqdan çıxaracaq.
Turnirə Azərbaycan və ev sahibləri ilə yanaşı, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları qatılacaqlar.
Qeyd edək ki, bu gün Gürcüstana yollanan boksçularımız iyulun 19-da Bakıya qayıdacaqlar.
